Qovuşduq ki, ayrılmayaq (roman)

        

rufet soltan2

      Azərbaycan istedadlar diyarıdır. Bu zaman-zaman sübut olunmuşdur. Hazırda Azərbaycanın gələcək inkişafını təmin edəcək və bir-birindən öz dəsti-xətti ilə, müxtəlif  yaradıcılıq qabiliyyətilə seçilən, müxtəlif maraq darəsinə malik olan istedadlarımız vardır. Çox sevindirici haldır ki, belələrini görəndə adamın ürəyi dağa dönür. Onlar istedadlı və bacarıqlı olmalarına görə digərlərindən seçilirlər. Hətta daha üstündürlər desək,yəqin ki, yanılmarıq.

            Sizinlə yaxından tanış etmək istədiyim gənc, istedadlı və qeyri-adi düşüncə tərzi ilə digərlərindən fərqlənən yazıçımız Rüfət Soltandır. Əsas məqsədimiz haqqında söhbət açacağımız gənc yazarı ruhlandırmaq, onu tarixin yaddaşında yaşatmaq, ətrafdakıların ona qayğısını artırmağa nail olmaqdır. Axı əsl istedadlar təvazökar olurlar?

            Qədim dünyada yaşamış yunan alimləri, sonra isə rahib və hüquqçuları, habelə şair, ədib  və digər sənətkarları deyərlərmiş ki, bir ucu yazan qələmin digər ucu gərək pozmağa yararlı olsun. Elə buna görə də, onlar qələmin yazmayan ucuna pozan maddə yapışdırar, sonra onu işlədərlərmiş.

         

   Yunan yazarları bu vasitə ilə hazırladıqları mətn üzərində dönə-dönə düşüncəli əməliyyat aparar, onu məna tutumunu saxlamaq şərtilə mümkün olan qısalıq həddinə çatdırarlarmış. Dözüm, hövsələ, vaxt və gərgin zehni fəaliyyət tələb edən belə əzablı işi yunan sənət adamları dürüstlük şərəfi, nüfuz ucalığı hesab edirlərmiş.

Rüfət Soltan cəmiyyətin məngənəsində sıxılan, öz təmizliyi, ləyaqəti ilə yaşayan, mübarizə aparan, zalımların təzyiqi ilə müxtəlif zülmlərə düçar olan adamların realist, canlı surətlərini ustalıqla yaradan yazıçıdır. Onun qəhrəmanları çox zaman igid, qəhrəman, temiz və ülvi sevgi ilə dünyaya öz hiss və duyğularının gözü ilə baxan insanlardır.

            Rüfət Soltanı məhəbbət fonunda psixoloji süjetlər qurduğuna görə lirik-realist yazıçı adlandırsaq yanılmarıq. Onun “Qovuşduq ki, ayrılmayaq”  romanında lirik düşüncələr elə təsvir olunmuşdur ki, bu duyğuların təsiri altında  oxucu özünü həmin qəhrəmanların yanında hiss edir, onların ürək çırpıntıları oxucu qəlbini riqqətə gətirir. Lakin yazıçı yalnız lirik hissləri, duyğuları qələmə almaqla kifayətlənmir, qəhrəmanını daha böyük sınaqlardan, sarsıntılar içərisindən keçirir.

            

rufet soltan

Yazıçı əsərlərində, öz zəmanəsinin və cəmiyyətinin bütün təbəqələrini təsvir etmiş, yaxud ona münasibətini bildirmişdir. O, insanları bir-birilərinə qarşı ədalətli olmağa çağırır. Əsərlərinin əksəriyyətində gənc nəsli savadlı və bilikli olmağa və gələcək nəsillərə də, ötürməyə çağırır.

  Rüfət Soltan “Qovuşduq ki, ayrılmayaq” romanı iki hissəli etməklə, insanı dərin düşünməyə çağırır. Birinci hissədə bir-birini sevən  uşaqlıq dostları, qovuşaraq təmiz, saf sevgiyə çatırlar. Bundan sonrası isə oxucunu  həyacanlandıran, səbirsiz edən süjetlərdir. Rauf vətənpərvərliyi, ailəsinə sonsuz məhəbbəti və o cümlədən savadlı və istedadlı iş adamı olması ilə gənc oxucularımızı ondan nümunə götürməyə səsləyir. Romanın ikinci hissəsində isə qelbi, o cümlədən ruhu qara olan insanların gənc, xoşbəxt ailəyə təcavüz etməsi və Elnarənin qurban olması ilə yadda qalır. Kədərli notlarlarla təsvir olunan roman “bir ailə faciəsi” kimi oxucunu həyacanlandırır.

            Rüfət Soltanın hekayələrinin əsas mövzusunu ailə-məişət məsələləri, uşaq tərbiyəsi, qadın hüquqsuzluğu, ailə faciələri kimi mühüm məsələlər  təşkil edir.   

            Mən də, bir jurnalist və romanın oxucusu kimi gənc tələbə,müxbir, yazıçı Rüfət Soltana işlərində müvəffəqiyyətlər arzulayıram. Ümid edirəm ki, “Qovuşduq ki, ayrılmayaq” adlı romanı uğur qazanaraq, yazıçıya bol-bol yaradıcılıq uğurları gətirəcək. Amin!

Fərqanə Akifqızı

KİTABI YÜKLƏ!

                                                                                       

     

                   

Advertisements